Türkiyə XİN rəhbəri: Türkiyə Yaponiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Türkiyə Yaponiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) istehsalında önəmli ölkələrdən biridir və Ankara Tokio ilə müdafiə sənayesi əlaqələrini genişləndirməkdə maraqlıdır.

“Türkiyə və Yaponiyanın bir-birini tamamlayan imkanları var və qarşılıqlı faydalı əməkdaşlıq üçün güclü potensialın mövcudluğuna inanırıq”, – nazir vurğulayıb.

Onun sözlərinə əsasən, Türkiyənin PUA və dron texnologiyaları müxtəlif əməliyyat mühitlərində özünü sübut edib və xüsusilə sahil və sərhəd təhlükəsizliyi sahələrində Yaponiya ilə birgə inkişaf və birgə istehsal üçün mühüm imkanlar yaradır.

Nazir eyni zamanda Türkiyə ilə Yaponiya arasında sosial təminat sazişi üzrə danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə əsasən, son müzakirələr müsbət nəticələr verib və tərəflər yaxın gələcəkdə razılaşma əldə etməyə ümid edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir