Aİ Nümayəndəliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Nümayəndəliyin “X” hesabında paylaşım edilib.

“Müstəqillik Gününüz mübarək, Azərbaycan.

Avropa İttifaqı və Azərbaycan enerji, əlaqə, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığı gücləndirməyə davam edirlər. Tərəfdaşlığımızın 30 ili ərzində qarşılıqlı hörmətə əsaslanan daha əlaqəli, davamlı və firavan bir gələcək qurmaq üçün birlikdə çalışmışıq”, – paylaşımda bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir