“Vaşinqton Tehranın zənginləşdirilmiş urandan imtina etməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil”.
Azinformasiya.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu mövqeyi PBS-ə verdiyi müsahibə zamanı səsləndirib.
“Xeyr, bu, qətiyyən doğru deyil. Sanksiyaların yumşaldılması yoxdur. Onlar zənginləşdirilmiş urandan imtina edəcəklər. Lakin bu sanksiyaların yumşaldılması müqabilində olmayacaq”, – Tramp vurğulayıb.
Azinformasiya.az