ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir.
Azinformasiya.az xəbər verir ki, Rubionun təyyarəsi İrəvanda Zvarnots aeroportuna eniş edib.
Rubionu hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb.
Qeyd edək ki, bu gün Marko Rubio və Ararat Mirzoyan arasında görüş keçiriləcək, bundan sonra tərəflər mətbuata açıqlama verəcəklər.
Həmçinin ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Azinformasiya.az