Rəsmi Moskva: ABŞ Kuba rəhbərliyini təhdid və şantaj edir

Kuba ABŞ-ın kobud iqtisadi təzyiqinin obyekti olmağa davam edir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirilb.

Onun sözlərinə əsasən, rəsmi Moskva suveren dövlətin daxili işlərinə kobud müdaxilə, hədə-qorxu, qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirlərin, təhdidlərin və şantajın tətbiqini qətiyyətlə pisləyir.

“Bu son dərəcə çətin dövrdə qardaş Kuba xalqına ən fəal dəstəyimizi göstərməyə davam edəcəyik. Havana bu dəstəyin modallığı və digər prinsipial aspektləri barədə məlumatlandırılıb”, – Rusiya XİN sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir