Lavrov ABŞ-ın bütün əhəmiyyətli enerji marşrutlarına nəzarət etmək istədiyini bildirib

ABŞ Rusiyadan Ukrayna vasitəsilə Avropa İttifaqına qaz tranzitini nəzarətə götürmək istəyir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə əsasən, amerikalılar eyni zamanda “Şimal Axını” boru kəmərinin Avropa şirkətlərinə məxsus hissəsini kiçik bir məbləğə almağı və zədələnmiş boru kəmərlərini bərpa etməyi planlaşdırırlar.

“Dünyanın digər hissələrinə baxsanız, Rosneft Qrupunun əməkdaşlıq etdiyi Venesuelanı qeyd edərdim. İndi amerikalılar bu əməkdaşlığı ələ keçirmək istəyirlər”, – Rusiya XİN RT India-ya müsahibəsində deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir