Səyyad Aranın adına saxta tik tok profili açılıb

Milli Məclisin deputatı Səyyad Aranın adına “Tik tok”da saxta profil açılıb.

 

Bu barədə Leqal.infoya millət vəkili özü məlumat verib: “Tik tokda kimsə mənim adıma Seyyad Aran adlı saxta profil yaradıb. Bu profilin mənə heç bir aidiyyatı yoxdur. Əlaqədər hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, mənim adıma saxta profil yaradanların kimliyini müəyyən etsinlər”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir