Rusiya Ukraynanın Poltava vilayətinə raket zərbələri endirib: 4 nəfər ölüb, 31 nəfər yaralanıb

Mayın 5-nə keçən gecə Rusiya ordusu Ukraynanın Poltava vilayətinə raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitaliy Dyakivniç “Telegram”da bildirib.

Məlumata əsasən, hücum nəticəsində azı 4 nəfər ölüb, daha 31 nəfər yaralanıb.

Yaralılara zəruri tibbi yardım göstərilir.

Hadisə nəticəsində mülki infrastruktur obyektlərinə də ciddi ziyan dəyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir