Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

Biz Azərbaycanla Qarabağ, Bakı və digər yerlərdə yaşamış ermənilərin qayıdışı məsələsini müzakirə etmirik.

 

Azinformasiya.az  Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Çünki hər iki istiqamətdə aparılan müzakirələr mövcud vəziyyətə təxribatçı təsir göstərir”, — Baş nazir brifinq zamanı deyib.

Paşinyan həmçinin qeyd edib ki, “azərbaycanlıların da Ermənistana qayıdışı məsələsi Bakı ilə müzakirə olunmayıb”.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir