Rusiya Ukraynaya dron zərbəsi endirib, yaralılar var

Rusiya ordusu aprelin 27-nə keçən gecə Ukraynanın Odessa şəhərinə növbəti kütləvi dron hücumu edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

Hücum nəticəsində çoxmərtəbəli yaşayış binaları, hotel, nəqliyyat vasitələri və şəhər mərkəzindəki digər obyektlər zədələnib.

Ukraynanın Çerniqov vilayətinin Koryukivka şəhəri də kütləvi dron hücumuna məruz qalıb. 40 dəqiqə ərzində şəhərə 18 dron zərbəsi endirilib.

Partlayışlar nəticəsində 2 nəfər xəsarət alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir