İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Pakistanın paytaxtı İslamabad şəhərinə səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı Asim Munir ilə görüş keçirib.
Azinformasiya.az “Mehr”ə istinadən xəbər verir ki, görüşdə regionda təhlükəsizlik vəziyyəti, Yaxın Şərqdə artan gərginlik və diplomatik danışıqların perspektivləri müzakirə olunub. Tərəflər, eyni zamanda İran və Pakistan arasında siyasi, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də regional problemlərin siyasi və diplomatik yollarla həlli imkanları da müzakirə edilib.
Qeyd edək ki, Abbas Əraqçi səfər çərçivəsində Pakistan rəhbərliyinin digər yüksək vəzifəli nümayəndələri ilə də görüşlər keçirəcək.
Azinformasiya.az