Ağcabədidə yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, Qayğı qəsəbəsində “VAZ” markalı minik avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub.
Nəticədə sürücü Bakir Quliyev hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər – Habil Həsənov (1980), Polad Həsənov (2008), Murad Həsənov (2013) və Razi Həsənov (2014) xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az