Kreml hökumətin istefası ilə bağlı şayiələrə inanmamağa çağırıb

Kreml Rusiyada iqtisadi vəziyyətə görə hökumətin mümkün istefası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov belə xəbərlərə inanmamağa çağırıb.

O, belə xəbərlərin “Telegram” kanallarının ənənəvi əyləncəsi olduğunu qeyd edib: “Bu, “Telegram” kanallarının ənənəvi əyləncəsidir, buna inanmayın”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 15 apreldə keçirilən iqtisadi müşavirədə Rusiyada 2026-cı ilin yanvar-fevral aylarında ÜDM-in 1,8% azaldığını, hazırkı rəqəmlərin Rusiya Mərkəzi Bankı və hökumətin proqnozlarına uyğun gəlmədiyini bildirib. Prezident Mərkəzi Bankdan və hökumətdən makroiqtisadi göstəricilərin gözləntilərdən niyə geri qalması barədə izahat tələb edib.

Kommunist fraksiyasının lideri Gennadi Züqanov isə Dövlət Dumasında hökuməti tənqid edib. O, ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu, belə davam edərsə və hökumət lazımi tədbirləri görməzsə, 1917-ci il hadisələrinin təkrarlanacağı barədə xəbərdarlıq edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir