Danimarkada iki qatar toqquşub, 17 nəfər xəsarət alıb

Danimarkada qatar qəzası olub.

 

Azinformasiya.az  “Reuters“ə istinadən xəbər verir ki, əks istiqamətdə hərəkət edən iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

Hadisə paytaxt Kopenhagenin şimalında, Hillerod və Kaqerup bölgələrini birləşdirən dəmiryolu xəttində baş verib.

Qatarlarda qalan olmayıb və xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir