Kobaxidze: Cənubi Qafqaz ölkələri diqqəti regional bağlantıların gücləndirilməsinə yönəldib

Sağlam iqtisadi maraqların siyasi maraqlardan üstün olacağı halda bütün dünyada diplomatiyanın rolu daha güclü olacaq. Cənubi Qafqaz bunun üçün çox yaxşı nümunədir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O qeyd edib ki, bölgədə vaxtilə bir çox problemlər və spesifik münaqişələr olub.

“Ancaq hazırda biz – Cənubi Qafqaz ölkələri diqqəti daha çox diplomatik, praqmatik həllərə, bağlantıların gücləndirilməsinə yönəltmişik. Bu, yalnız regionda sülhü qoruyub saxlamağa deyil, eyni zamanda xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Hesab edirəm ki, bu, çox yaxşı nümunədir və dünyanın bütün xalqları onu nəzərə almalıdır. Biz körpüləri yandırmaq əvəzinə onları qurmalıyıq”, – Kobaxidze vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir