Moskva Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq qərarından təəssüflənir.
Azinformasiya.az “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
“Biz bundan təəssüflənirik”,- o bildirib.
Qeyd edək ki, Moldovanın MDB-dən rəsmi çıxışı 2027-ci ilin aprelində tamamlanacaq.
Azinformasiya.az