Tramp İranla müharibədə ABŞ-a dəstək verməyən ölkələrə xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə NATO-nu tənqid edib.

 

Azinformasiya.az  xəbər verir ki, Tramp “Fox Business” telekanalına müsahibəsində İranla müharibədə ABŞ-a dəstək verməyən ölkələrin bunun nəticələri ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

“Əgər onlar bizimlə olmayacaqlarsa, niyə biz hər il NATO-ya milyardlarla dollar xərcləyirik? Əgər onlar İran məsələsində bizimlə deyillərsə, deməli İranla müqayisədə daha böyük məsələdə də bizimlə olmayacaqlar”, – ABŞ lideri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir