ABŞ Prezidenti Donald Tramp növbəti dəfə NATO-nu ittiham edib.
Azinformasiya.az xəbər verir ki, Tramp “Corriere della Sera” qəzetinə müsahibəsində NATO-nun Hörmüz boğazının açılması üçün ABŞ-a kömək etməməsi barədə danışıb.
Tramp NATO-dan Hörmüz boğazının açılması üçün istənilən bir gəmini göndərmələrini xahiş etdiyini vurğulayıb.
“Lakin onlar bunu istəmirlər, çünki NATO kağız pələngdir”, – ABŞ lideri əlavə edib.
Azinformasiya.az