Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfər edib.
Azinformasiya.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Lavrovun Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşünün nəzərdə tutulduğu barədə məlumat yayıb.
İkitərəfli münasibətlər, dünyada baş verən hadisələr, eləcə də Yaxın Şərqdə vəziyyət və Ukrayna böhranının danışıqların əsas mövzusu olacağı açıqlanıb.
Azinformasiya.az