Kallas: Hizbullah silahsızlaşdırılmalı, ABŞ-İran atəşkəsi Livana da şamil edilməlidir

İsrailin Livana hücumları ABŞ və İran arasında əldə olunmuş atəşkəsi təzyiqə məruz qoyur.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında yazıb.

Hizbullahın Livanı müharibəyə çəkdiyini bildirən Kallasın sözlərinə əsasən, İsrailin özünümüdafiə hüququ Livanı bu qədər geniş dağıntılara məruz qoymağa bəraət qazandırmır.

“Ötən gecə İsrailin zərbələri yüzlərlə insanın həyatına son qoydu və bu cür hərəkətlərin özünümüdafiə hesab olunması ilə bağlı arqumenti zəiflədir. İsrailin hərəkətləri ABŞ-İran atəşkəsini təzyiq altına qoyur. Atəşkəs Livana da şamil edilməlidir. Razılaşdırıldığı kimi, Hizbullah silahsızlaşdırılmalıdır. Avropa ittifaqı Livanın Hizbullahı tərksilah etmək səylərini dəstəkləyir”, – Kallas vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir