Tramp: ABŞ İranla nüvə və Hörmüz üzrə razılığa gəlib

ABŞ və İran nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı məsələlərdə razılığa gəlib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

Tramp qeyd edib ki, razılaşmaya əsasən İran nüvə silahı əldə etməyəcək, Hörmüz boğazı isə açıq və təhlükəsiz olacaq.

O, bu məsələlərin əvvəlcədən razılaşdırıldığını vurğulayıb.

ABŞ lideri eyni zamanda bildirib ki, Amerika qüvvələri hazırda resurslarını bərpa edir və növbəti mərhələni gözləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir