Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınayıb

Azərbaycan Xarici İşlər Nazirliyi BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında qeyd olunub.

“Biz Suriya Ərəb Respublikasının Dəməşq şəhərində bir qrup etirazçının BƏƏ səfirliyinə son hücumunu şiddətlə qınayırıq. Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır.

Biz Suriya hökuməti tərəfindən verilən bəyanatı və hökumətin bu məsələyə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab vermələri üçün bütün tədbirlərin görülməsi ilə bağlı əzmini alqışlayırıq”, – məlumatda qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir