Ukraynanın Rusiyanın Vladimir vilayətinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində üç nəfər həlak olub.
Onlardan birinin 7 yaşlı uşaq olduğu bildirilib.
Azinformasiya.az xəbər verir ki, vilayət rəhbəri Aleksandr Avdeyev PUA-nın Aleksandrov rayonunda fərdi yaşayış evinə düşdüyün açıqlayıb.
Hadisə zamanı, eyni zamanda beş yaşlı qız xəsarət alıb. O, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həyati təhlükə yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.
Azinformasiya.az