Masallıda evdə yanğın olub.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün səhər Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində qeydə alınıb. Yanğın zamanı evdə olan azyaşlı 2024-cü il təvəllüdlü Məhərrəm Məmmədzadə və onun babası, 1967-ci il təvəllüdlü Camaləddin Abdullayev ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az