Pit Heqset: İran ağıllı olmalıdır, Tramp blef etmir və geri çəkilmir

Əgər İran razılaşmaq istəməsə, ABŞ Müharibə Nazirliyi hərbi əməliyyatları daha intensiv şəkildə davam etdirəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında deyib.

O, İranı ABŞ-la razılıq əldə etməyə çağırıb.

Nazirin sözlərinə əsasən, İranın yeni rejimi əvvəlki rejimdən daha ağıllı olmalıdır, Tramp razılaşma əldə etməyə hazırdır və qarşı tərəfə bildirilib.

“Əgər İran ağıllıdırsa, onlar bir razılaşma əldə edəcəklər. Prezident Tramp blef etmir və geri çəkilmir. Bu barədə Xameneidən soruşa bilərsiniz”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir