İran Prezidenti Məsud Pezeşkian region ölkələrinə çağırış edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.
“Dəfələrlə demişik ki, İran qabaqlayıcı hücumlar həyata keçirmir. Lakin bizim infrastrukturumuz və iqtisadi mərkəzlərimiz hədəfə alınsa, şiddətli cavab verəcəyik. Region ölkələrinə müraciət edirəm – inkişaf və təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizə müharibəni sizin ərazinizdən idarə etməyə imkan verməyin”, – Pezeşkian vurğulayıb.
Azinformasiya.az