Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini 2024-cü il təvəllüdlü A.Musayevin yaşadığı evdə qəflətən halı pisləşib. Azyaşlı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, azyaşlı epilepsiya xəstəsi olub.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.
Azinformasiya.az