Kreml: Ukrayna danışıqlarında Rusiya üçün ərazi məsələsi hələ də razılaşdırılmayıb

Ukrayna danışıqlarında Rusiya üçün ərazi məsələsi və digər vacib məsələlər hələ də razılaşdırılmayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskov vurğulayıb ki, Moskva danışıqlara açıqdır və şərait imkan verən kimi danışıqların davam etdirilməsinə ümid edir.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara marağını itirməyib: “Şərait imkan verən kimi Ukrayna ilə bağlı növbəti danışıqlar raundunu keçirməyə ümid edirik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir