Samuxda fərdi yaşayış evində kişi meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1966-cı il təvəllüdlü R.Babayevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti adiyyatı üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Azinformasiya.az