Zaqatalada yol qəzası olub, xəsarət alan var

Zaqatalada yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir