İsrailin baş naziri Benjamin Netanyahu Avropa ölkələrinə müraciət edərək onları İrana qarşı müharibəyə qoşulmağa çağırıb.
Azinformasiya.az Ynet-ə istinadən xəbər verir ki, Netanyahu bildirib: “İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar, Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır.”
O eyni zamanda bəzi ölkələrin müharibəyə qoşulmaq istiqamətində addımlar atdığını iddia edib, ancaq həmin ölkələrin adlarını açıqlamayıb.
Azinformasiya.az