ABŞ, İsrail və İran arasında müharibə daha da uzana bilər.
Azinformasiya.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bunu “Star” qəzetinə müsahibəsində bildirib.
Hakan Fidan qeyd edib ki, Körfəz ölkələri müharibənin daha iki-üç həftə davam edəcəyi qənaətindədir: “Burada müəyyənedici faktor ABŞ-ın mövqeyi olacaq. İsrail ABŞ-a təsir göstərməyə çalışacaq və atəşkəsə, ya qısa müddətdə sülhə nail olunmasına mane olmaq istəyə bilər. ABŞ və İsrailin başlanğıc mövqelərinin bir-birindən uzaqlaşdığı ilə bağlı qiymətləndirmələr artıb. Bu isə müharibənin daha da uzanması ilə nəticələnə bilər”.
Azinformasiya.az