İran İsrailin mərkəzinə yaxın ərazilərə raket hücumu edib, yaralılar var

İranın İsrailin mərkəzi Tel-Əviv şəhərinə yaxın 20 km məsafədə olan Rehovot şəhərinə raket hücumu edib.

 

Azinformasiya.az The Times of Israel-ə istinadən xəbər verir ki, nəticədə iki ev zərər görüb, iki nəfər yüngül yaralanıb.

Məlumata əsasən, hücum zamanı ballistik raketdən buraxılan kaset tipli döyüş başlığının qəlpələri yaşayış məntəqəsinə düşüb. Nəticədə evlərdən birində yanğın baş verib və əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.

İsrailin təcili tibbi yardım xidməti Magen David Adom bildirib ki, yaralanan şəxslər 70 yaşlarında kişi və qadındır.

Bundan başqa, şəhərin digər hissələrində də raket qəlpələrinin düşdüyü və əlavə dağıntıların qeydə alındığı bildirilir. Hücumlar zamanı ölkənin müxtəlif bölgələrində hava hücumu siqnalları səsləndirilib.

Hadisə İran və İsrail arasında davam edən münaqişənin daha da kəskinləşdiyini və mülki ərazilərin hədəf alınması riskinin artdığını göstərir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir