İranın Bəsic qüvvələrinin kəşfiyyat rəhbəri İsmayıl Əhmədi öldürülüb.
Azinformasiya.az Al Arabiya telekanalına istinadən xəbər verir ki, İran mediası onun ölümünü təsdiqləyib, lakin hadisənin detalları ilə bağlı geniş məlumat verilməyib.
Məlumata əsasən, generalın hansı şəraitdə öldürüldüyü hələlik tam açıqlanmayıb. Bununla yanaşı, regionda davam edən gərginlik fonunda bu hadisə diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.
Ekspertlər hesab edir ki, İran daxilində yüksək rütbəli hərbi şəxsin ölümü ölkənin təhlükəsizlik strukturlarına və ümumi hərbi vəziyyətə təsir göstərə bilər. Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Azinformasiya.az