İsrailin Baş naziri Benjamin Netanyahu bildirib ki, İranın enerji obyektinə edilən hücum tamamilə İsrail tərəfindən müstəqil şəkildə həyata keçirilib və bu əməliyyatda ABŞ birbaşa iştirak etməyib.
Azinformasiya.az CNN teleknalına istinadən xəbər verir ki, onun sözlərinə əsasən, qərar İsrailin təhlükəsizlik maraqları əsasında verilib və Vaşinqton bu əməliyyatın planlaşdırılmasında iştirak etməyib.
Netanyahu qeyd edib ki, hücum İranın əsas qaz infrastrukturlarından birinə yönəlib və bu addım ölkənin hərbi-strateji məqsədlərinə uyğun olaraq atılıb. Bununla belə, ABŞ prezidenti Donald Tramp İsrailə belə hücumların təkrarlanmaması ilə bağlı müraciət edib.
İsrail baş naziri bildirib ki, Trampın bu çağırışı nəzərə alınacaq. Eyni ilə onu da deyib ki, gələcəkdə İranın enerji obyektlərinə qarşı oxşar hücumların təkrarlanmaması ehtimalı yüksəkdir. Bu isə tərəflər arasında müəyyən koordinasiya və siyasi balansın qorunmasına yönəlmiş addım kimi qiymətləndirilir.
Məlumata əsasən, ABŞ və İsrail arasında bu məsələ ilə bağlı müəyyən fikir ayrılıqları da müşahidə olunur. ABŞ daha çox regionda gərginliyin artmamasına çalışdığı halda, İsrail İranın hərbi və strateji imkanlarını zəiflətməyə yönəlmiş daha sərt mövqe nümayiş etdirir.
Azinformasiya.az