Fevralın 25-i saat 14 radələrində Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azinformasiya.Az-a rayon prokurorluğundan məlumat verilib.
Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.