Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada bir sıra dövlət rəsmiləri ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” səhifəsində məlumat verib.
Onun sözlərinə əsasən, Azərbaycan və Fransa prezidentlərinin telefon danışığından sonra Parisdə Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarları ilə məhsuldar görüş keçirib.
“İkitərəfli əlaqələr, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər haqqında fikir mübadiləsi apardıq”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
Azinformasiya.az