Paşinyan Baş Qərargahın istefa tələbinə cavab verdi, tərəfdarlarını meydana çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

Azinformasiya.Az baş nazirin feysbuk səhifəsinə istinadən xəbər verir ki, o, tərəfdarlarını meydana çıxmağa çağırıb.

“Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir