XİN rəhbəri: Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, lakin biz bunu havayı etdik

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani və onun müavini məhv edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Estoniyanın xarici işlər naziri ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə əsasən, “İsrail ordusu İranın yüksək vəzifəli şəxslərinə zərbə endirməklə rejimin terror fəaliyyətinə qarşı ciddi addımlar atıb”.

Saar qeyd edib ki, İranda azadlıq istəyən xalqa qarşı repressiyaların başında duran bu şəxslərin öldürülməsindən sonra indi iranlılar “daha təhlükəsiz” vəziyyətdədir.

“Əli Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, ancaq biz bunu havayı etdik”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir