Bakıda 57 yaşlı qadın dəm qazından boğulub.
Azinformasiya.az xəbər verir ki, hadisə martın 16-da qeydə alınıb. Sabunçu rayonu Zabrat qəsəbə sakini 1969-cu il təvəllüdlü Yeganə Nağıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az