Kallas: Aİ Hörmüz boğazının açıq qalması üçün addımları müzakirə edəcək

Avropa İttifaqı “Aspides” dəniz missiyasının mandatını dəyişə bilər.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Hörmüz Boğazının açıq qalması Avropa İttifaqının maraqlarına uyğundur və bu həyati əhəmiyyətli dəniz nəqliyyatı marşrutunun açıq qalmasını təmin etmək üçün Aİ-nin nə edə biləcəyi müzakirə olunacaq.

Qeyd edək ki, “Aspides” Avropa İttifaqı tərəfindən Qırmızı Dənizdə gəmilərin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün yaradılmış missiyadır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir