Ağcabədidə iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Ağcabədidə iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində baş verib.

Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi “Chevrolet” markalı, 77 EH 053 dövlət nömrəli avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “VAZ-2106” yol kənarındakı dərəyə aşıb.
Nəticədə “VAZ-2106”-ın sürücüsü R. İsmayılov, sərnişini E. Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü S. Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü G. Mehralıyeva xəsarət alıblar.
Yaralılar Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir