Ali Rəhbər Müctəba Xameneinin dünənki çıxışı İranın bu vacib mərhələdə gələcək yolunu aydınlaşdırıb və müəyyən edib.
Azinformasiya.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Qüds günü ilə bağlı yürüşdə bildirib.
O deyib ki, ölkə rəsmiləri Ali Rəhbərin mesajına və təlimatlarına əməl edəcəklər.
Pezeşkianın sözlərinə əsasən, “Ali Rəhbərin uzaqgörənliyi və tarix yaradan İran xalqının dəstəyi ilə bu böhrandan çıxmaq mümkün və hətta asan olacaq”.
“İran xalqının seçilmiş nümayəndəsi və prezident olaraq mən dini, hüquqi və milli meyarlara əsaslanaraq, rəhbərliyin göstərişlərinə tam şəkildə tabe olmağı öz vəzifəm hesab edirəm. Ölkənin idarə olunması və beynəlxalq əlaqələr sahəsində heç bir siyasət rəhbərliklə koordinasiya olmadan hökumət tərəfindən irəli sürülməyəcək və həyata keçirilməyəcək. Bu itaət və ardıcıllıq milli birliyin əsas prinsiplərindən biri və hökumətin fəaliyyətinin təməlidir”.
Azinformasiya.az