Gürcüstan düzgün yoldadır, Avropa İttifaqı (Aİ) kursuna düzəliş etməlidir.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Avropa bürokratiyasının Aİ-ni hara apardığı məlum deyil.
“Biz düzgün istiqamətdə addımlayırıq, məqsədimizi bilirik. Bizim əsas xarici siyasət prioritetimiz avrointeqrasiyadır”, – Kobaxidze əlavə edib.
Baş nazirin sözlərinə əsasən, Aİ-nin Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimi müvəqqəti dayandırması ikili standarları nümayiş etdirir.
“Bu, Avropa bürokratiyasında tam xaosun hökm sürdüyünü göstərir. Vəziyyət faciəvidir”, – o vurğulayıb.
Xatırladaq ki, Avropa Komissiyası martın 6-da Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səfər rejimini müvəqqəti olaraq dayandırıb. Qərar bir il ərzində qüvvədə olacaq.
Azinformasiya.az