Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneini İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin Rusiyanın İran İslam Respublikasının etibarlı tərəfdaşı olduğunu və belə də qalacağını qeyd edib.
“İndi İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda sizin bu yüksək vəzifədə çalışmağınız şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək.
Öz tərəfimdən Tehrana sarsılmaz dəstəyimizi və iranlı dostlarımızla həmrəyliyimizi bir daha təsdiqləmək istəyirəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq”, – məlumatda bildirilib.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.
Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.
Azinformasiya.az