Paşinyan Kobaxidzeni TRIPP barədə məlumatlandırıb, Rusiya ilə münasibətləri müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidzeni “Tramp marşrutu”, Azərbaycanla sülh prosesi və Türkiyə ilə münasibətlər barədə məlumatlandırıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Paşinyan Kobaxidze ilə birgə mətbuata açıqlamasında bildirib.

O, Kobaxidzeyə Ermənistanda regional və beynəlxalq gündəm çərçivəsində baş verənlər barədə ətraflı məlumatlar təqdim etdiyini vurğulayıb.

“Mən eyni zamanda ona Ermənistanla Rusiya arasındakı hazırkı münasibətlər barədə də danışdım. Hesab edirəm ki, bizim ortaq maraqlarımız var və bizi bölgəmizin və Avropa İttifaqının maraqları hərəkətə gətirir”, – Paşinyan əlavə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir