İran ABŞ-la danışıqlar aparmayacaq.
Azinformasiya.az xəbər verir ki, bu barədə İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müavini Məhəmməd Moxber yerli televiziyaya müsahibəsində deyib.
ABŞ-la dialoq üçün heç bir əsasın olmadığını bildirən Məhəmməd Moxberin sözlərinə əsasən, amerikalılara etimadları yoxdur.
O, 1980–1988-ci illəri əhatə edən İran-İraq müharibəsinə işarə edərək, müharibəni istənilən qədər davam etdirə biləcəklərini bəyan edib.
Moxber ABŞ və İsrailin İslam İnqilabının başlanğıcından bəri İranın parçalanmasına çalışdıqlarını vurğulayıb.
“Amerikalılar İranı ələ keçirmək yox, parçalamaq istəyirlər”, – Xameneinin müavini vurğulayıb.
Azinformasiya.az