Avropa İttifaqı İrana qarşı hərbi əməliyyatlarda iştirak riski ilə üz-üzədir.
Azinformasiya.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “X” hesabında bildirib.
Onun sözlərinə əsasən, Aİ və “Avropa üçlüyü” 2015-ci ildə imzalanan və “indiki ABŞ adminitrasiya tərəfindən məhv edilən” nüvə razılaşmasının ərsəyə gəlməsinə kömək etməklə beynəlxalq diplomatiyada öncül rol oynayıb.
XİN sözçüsü qeyd edib ki, bu gün bəzi Aİ üzvləri Almaniya Kanslerinin təzyiqi altında ABŞ və İsrailin İran xalqına qarşı hərbi əməliyyatlarında iştirak emək riski ilə üz-üzədir.
Bəqayi bunu “tarixin yalnış tərəfində dayanmaq” kimi qiymətləndirib.
O həmçinin qeyd edib ki, Aİ bu hərəkətə qarşı çıxmalı və beynəlxalq hüquq və ədalətə sadiqliyi üstün tutmalıdır.
Azinformasiya.az