Kreml: Putin-Tramp telefon danışığı planda yoxdur

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırılmır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, hələlik Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı planda yoxdur.

Peskov Putinin bu gün daha bir beynəlxalq telefon danışığı aparacağını əlavə edib.

Qeyd edək ki, dünən Putin Körfəz ölkələrinin liderləri ilə telefon danışığı aparıb. Danışıqlar zamanı İsrail-ABŞ-İran münaqişəsi və Yaxın Şərq regionundakı vəziyyət müzakirə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir