Bakıda maşın velosipedçini vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Elnur Ağayev “BYD” markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Natiq Vahabovu vurub.
Natiq Vahabov hadisə yerində ölüb.
Fakt bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az